AZ

Sənədlərdən ər və arvad sözləri yığışdırılır? Qəribə dəyişiklik: AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Polşa hökumətinin nikah sənədlərində cinsiyyət bildirən terminlərdən imtina edərək neytral ifadələrə keçməyə hazırlaşması, ailə hüququ sahəsində yeni bir müzakirə dalğası başladıb. Avropa İttifaqı Məhkəməsinin qərarından sonra gündəmə gələn bu dəyişiklik nikah şəhadətnamələrində "ər" və "arvad" anlayışlarının "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" terminləri ilə əvəz olunmasını nəzərdə tutur. Sözügedən addım birbaşa Avropa İttifaqı daxilində bağlanmış eynicinsli nikahların rəsmən tanınması zərurətindən irəli gəlir.Bəs Azərbaycan qanunvericiliyində nikah sənədlərində “ər” və “arvad” anlayışlarının çıxarılaraq cins neytral terminlərlə əvəz olunması hüquqi baxımdan mümkündür? Eyni zamanda, mövcud qanunvericilik eynicinsli nikahların tanınmasına hər hansı formada yol verir?Hüquqşünas Babək Həmidov metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının deyil, Avropa Şurasının üzvüdür. Bu baxımdan Avropa İttifaqının Ədliyyə Məhkəməsinin qərarları Azərbaycanda hüquqi qüvvəyə malik deyil:“Avropa İnsan Hüquqları Məhkəməsi də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş nikah hüququnu yalnız kişi və qadın arasında olan nikah kimi şərh edir və eynicinsli nikahlar Konvensiyada ayrıca hüquq kimi tanınmır. Nəticə etibarilə, Azərbaycanın Avropa Şurası qarşısında bu məsələdə hər hansı bir öhdəliyi mövcud deyil”.B.Həmidov qeyd edib ki, eynicinsli nikahların bu formada təsbit edilməsinə dair beynəlxalq hüquqdan irəli gələn öhdəlik olmadığı üçün bu yanaşma ölkə daxilində formalaşmış ictimai münasibətlərə də uyğun hesab edilmir. Mövcud qanunvericilik isə cari məsələləri kifayət qədər dəqiq şəkildə tənzimləyir:“Eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına və daxili hüquq sisteminə əsasən, eynicinsli nikahlar tanınmır və onlara yol verilmir. Lakin bu, şəxslərin fərdi seçimlərinə müdaxilə anlamına gəlmir. Fərdlərin cinsi seçimləri və şəxsi azadlıqları qanunla qadağan edilmir və bu sahədə hər hansı bir məhdudiyyət nəzərdə tutulmur”.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
134
6
demokrat.az

7Mənbələr