Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "News Nation" telekanalının jurnalisti ilə söhbətində bildirib.
"Bizim çox istedadlı adamlarımız var", - deyə ABŞ lideri qeyd edib.
Trampın sözlərinə görə, mümkün prezident postuna əsas namizədləri özü üçün artıq müəyyənləşdirib. Lakin siyasətçi vurğulayıb ki, hazırda onların adlarını açıqlamaq hələ tezdir, çünki vəziyyət dəyişə bilər.
Bu arada, ABŞ lideri vitse-prezident Cey Di Vensi və dövlət katibi Marko Rubionu xüsusi qeyd edib. Onun şəxsi reytinqində mümkün varislər sırasında maliyyə naziri Skott Bessentin adı da səslənib. Tramp onları "möhtəşəm" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31