AZ

Təyyarə qəzası yerindən daha 6 cəsəd tapılıb

Yazını böyüt
Yazını kiçilt

İndoneziya xilasediciləri Bulusaraunq dağının yamacında ATR 42-500 təyyarəsinin qəza yerində daha altı cəsəd tapıblar.

Hafta.az İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, xilasetmə qrupu həmçinin təyyarənin qara qutusunu da aşkar edib.

Cihazlar təhlükəsizləşdirilib və əlavə araşdırma üçün Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə təhvil veriləcək.

Xatırladaq ki, yanvarın 17-də Yava adasındakı Yoqyakartadan Cənubi Sulavesin əyalətinin paytaxtı Makassara uçan “Indonesia Air Transport” şirkətinə məxsus kiçik təyyarə radarlardan itib.Təyyarədə 10 nəfərin olduğunu bildirilib.

Seçilən
44
4
hafta.az

5Mənbələr