AZ

Qalibiyyətə görə pul mükafatı və torpaq sahələri veriləcək

Futbol üzrə Seneqal milli komandasının üzvləri Afrika Millətlər Kubokunda əldə etdikləri tarixi qələbəyə görə yüksək məbləğdə bonusla mükafatlandırılacaqlar.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Seneqal Prezidenti Bassiru Diomay Fay komanda üzvləri ilə keçirilən görüş zamanı açıqlama verib. Prezidentin sözlərinə əsasən, futbolçuların hər birinə 134 min ABŞ dolları məbləğində bonus ödəniləcək.

Bununla yanaşı, milli komanda üzvlərinə ölkənin sahilyanı Petit Kot bölgəsində sahəsi 1 500 kvadratmetr olan torpaq sahələri də təqdim olunacaq. Eyni zamanda, daha az məbləğdə bonuslar və torpaq payları Seneqal Futbol Federasiyasının təmsilçilərinə, məşqçilər korpusuna və turnirdə iştirak edən nümayəndə heyətinin digər üzvlərinə veriləcək.

Xatırladaq ki, Seneqal millisi Afrika Millətlər Kubokunun final qarşılaşmasında Mərakeş yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
2
olaylar.az

3Mənbələr