AZ

Tramp Qrenlandiya sakinlərinə pul ödəmək fikrindədir

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp adanın ABŞ-yə birləşdirilməsinə səs verəcəyi təqdirdə, Qrenlandiyanın hər bir sakininə bir milyon dollar təklif etməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat verib.

Qeyd edilir ki, siyasətçi hələlik bu ideyanı nəzərdən keçirir. Qrenlandiyada 57 000 insan yaşayır.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə bəyan edib ki, ada ABŞ dövlətinin bir hissəsi olmalıdır. Yanvarın 5-də o, ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.

Seçilən
98
hafta.az

1Mənbələr