AZ

Vahid elektron hesabatlılıq portalına 200-dən çox dövlət qurumunun məlumatları daxil edilib - Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət proqram idarəetməsi üzrə vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib.

Olaylar.az xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib:

"Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür.
Dövlət proqram idarəetməsi üzrə Mərkəz tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
99
2
olaylar.az

3Mənbələr