Olaylar.az ABŞ Ticarət Palatasına istinadən xəbər verir ki, missiya 9-10 fevral tarixlərində Bakıda keçiriləcək.
Qeyd olunur ki, iki günlük tədbir çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti Amerika şirkətlərinin Azərbaycan hökumətinin rəhbər şəxsləri, dövlət müəssisələri və energetika, müdafiə, kənd təsərrüfatı, rəqəmsal inkişaf, nəqliyyat, səhiyyə, maliyyə və investisiya sahələrində aparıcı özəl sektor iştirakçıları ilə birbaşa qarşılıqlı əlaqəsini təmin edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31