AZ

Real fəaliyyət göstərən təşkilatlar vətəndaş cəmiyyətini gücləndirir - AÇIQLAMA

"Sevindirici haldır ki, son dövrlərdə real fəaliyyət göstərən QHT-lərlə formal mövcud olan QHT-lər arasında fərqləndirmə aparılır, bir növ sağlam süzgəc mexanizmi formalaşır. Bu proses vətəndaş cəmiyyətinin keyfiyyətcə yenilənməsinə, daha səmərəli və təsirli təşkilatların önə çıxmasına zəmin yaradır. Düşünürəm ki, yaxın illərdə Azərbaycanda əsl mənada güclü və dayanıqlı vətəndaş cəmiyyəti institutu formalaşacaq. Savadlı, bacarıqlı və peşəkar QHT sədrləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edəcəklər".

Bu sözləri "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a bildirib. O qeyd edib ki, 2026-cı il üçün əsas məqsədimiz beynəlxalq təcrübələrdən maksimum istifadə etməklə daha faydalı və praktik nəticələr verən layihələr həyata keçirməkdir. Xüsusilə respublikada əl sənayesinin inkişafında fəal iştirak etməyi, bu sahə üzrə modelləşdirilmiş və tətbiq oluna bilən təkliflər irəli sürməyi prioritet hesab edirik. Sənətkarların potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının dəstəklənməsi, milli irsin yaşadılması və iqtisadi dəyərə çevrilməsi istiqamətində konkret addımlar atmağı qarşıya məqsəd qoymuşuq:

"İnanırıq ki, məqsədyönlü fəaliyyət və düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində həm QHT-mizin, həm də ümumilikdə Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzu daha da artacaq".

Seçilən
16
qht.az

1Mənbələr