AZ

Hədəfimiz əmək münasibətlərinə nəzarətin rəqəmsallaşdırılmasıdır - Vəli Quliyev

Mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyə nəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır.

Olaylar.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, bu çərçivədə kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

"Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi və əlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib.

Bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
98
1
olaylar.az

2Mənbələr