AZ

Hətta mən belə həmin qola inanmırdım...

“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində “Ayntraxt”a qarşı keçirilən oyundan (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Möhtəşəm tarixi zəfər barədə fikirləriniz necədir?

- Hazırda çox xoşbəxtik. Bu döyüşü qazandığımız üçün özümüzlə qürur duyuruq. Hesabı erkən açsaq da, üstünlüyü qoruya bilmədik. Oyun birdən-birə əleyhimizə çevrildi. Amma biz gücdən düşmədik, tükənmədik. Təzyiq göstərdik, son dəqiqələrdə isə bunun bəhrəsini gördük. Bəhlul fərqlənərək gözəl, baxımlı qola imza atdı. İnanılmaz hisslərdir. Bunu ifadə etməkdə çətinlik çəkirəm. Hazırda tarixi zəfərimizi qeyd edirik. Bizim üçün böyük oyun idi. 10 xalımız var və 1 matçımız qalıb. Onu da yaxşı nəticə ilə başa vurub pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik.

- Xüsusilə son dəqiqələrdə oyunu çevirdiniz. Son dəqiqə qolu sizdə hansı təəssüratları oyatdı?

Seçilən
65
35
publika.az

10Mənbələr