“İşçi həqiqi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilib”. 1news.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib. “Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilməlidir”. O əlavə edib ki, 16 yanvar 2026-cı il tarixinədək, yəni Əmək Məcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənənədək, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki mislini təşkil edirdi.