AZ

Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərc azalıb

Ötən il Gürcüstan Azərbaycandan 236,7 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 7 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Təkcə dekabrda isə Gürcüstan Azərbaycandan 34,1 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 6 % azdır.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 444 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 2,1 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 206,4 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirlikləridən 275,4 min ABŞ dolları, Çindən 186,2 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.

Seçilən
7
1
far.az

10Mənbələr