“Səbail” heyətinə yeni futbolçu qatıb.
Msport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin üzvü, son olaraq “Mingəçevir”in formasını geyinən Qurban Səfərovu transfer edib. 21 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Səbail” bunadək Roman Hüseynov və Ruslan Voronsovu da sıralarına qatıb.