Lənkəranda 52 yaşlı kişinin meyiti tapılıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində, tövlədə 1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti tapılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ülvi Bayramov 1-ci Qarabağ müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.
Turab