Bu gün jurnalistikanın ağır, amma şərəfli yolunu seçmiş həmkarımız Gülşən Şərifi həyatının ən çətin mübarizələrindən birini yaşayır.
Xərçəng xəstəliyi ilə mübarizə aparan gənc jurnalisti qarşıda 9 seanslıq ağır müalicə prosesi və ciddi cərrahi əməliyyat gözləyir.
Sözün gücünə, həqiqətin işığına illərini verən Gülşən bu dəfə xəbərlərin mövzusu deyil, ümidə ehtiyacı olan bir insandır. O, bu ağır sınaqda tək qalmamalıdır. Media cameəsi olaraq, bir zamanlar onun qələmindən çıxan xəbərləri oxuyan hər kəs bu gün ona mənəvi və maddi dəstək göstərməlidir.
Bir zamanlar Far.Az saytı ilə də əməkdaşlıq edən həmkarımızın müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən hər bir paylaşım, hər bir dəstək çağırışı, hər bir yardım onun üçün həyati əhəmiyyət daşıyır. Çalışdığımız media qurumlarında, şəxsi sosial şəbəkə hesablarımızda bu çağırışı yaymaqla həmrəyliyimizi göstərə, Gülşəni bu çətin yolda tək olmadığını hiss etdirə bilərik.
Unutmayaq ki, jurnalist yalnız yazan deyil, eyni zamanda insandır. Bu gün Gülşən Şərifinin yaşamaq, sağalmaq və yenidən sevdiyi işinə qayıtmaq ümidi bizim birliyimizdən, duyarlılığımızdan asılıdır.
Yardım etmək istəyənlər üçün kart nömrəsi: 4169 7388 9054 9276