“Bayern” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda öz meydanında “Union”u 2:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, bu qələbə Münhen klubu üçün Çempionlar Liqası tarixində sayca 250-ci qalibiyyət olub. Bu barədə DW məlumat yayıb.
“Bayern” bu göstəriciyə çatan ikinci klubdur. Daha əvvəl yalnız Madrid “Real”ı turnirdə 250 qələbə həddini keçə bilib.