AZ

“Barselona” ÇL matçına ciddi itki ilə çıxacaq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda “Kopenhagen”lə oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı futbolçu Praqa “Slaviya”sı ilə matçda (4:2) sarı vərəqə limitini doldurduğu üçün bir oyunluq diskvalifikasiya alıb.

Qeyd edək ki, yanvarın 28-də keçiriləcək görüş “Barselona”nın ev stadionunda baş tutacaq.

Hazırda turnir cədvəlində 9-cu pillədə yer alan Kataloniya klubu ilk səkkizliyə düşməmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Seçilən
49
idmanxeber.az

1Mənbələr