AZ

“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında

Bakı. Trend:

“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasınınbombardirlər siyahısında yer alıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Ağdam klubunun kolumbiyalıfutbolçusu TOP-10-luqda yer alır.

Ehtiyatında 4 qolu olan 23 yaşlı oyunçu 9-cu yeri tutur. Duranlayanaşı daha 10 futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Bombardirlər siyahısına 11 qolla “Real”ın hücumçusu KilianMbappe başçılıq edir.

“Qarabağ”ın daha bir futbolçusu Leandro Andrade isə 3 qolla20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kamilo Duran dünən “Ayntraxt”a qarşı görüşdə(3:2) 2 qol vurub. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.

Məqalədə:
Seçilən
31
3
az.trend.az

4Mənbələr