AZ

Rektor: AZƏRTAC-ın xüsusi auditoriyası jurnalistikanın daha dərindən mənimsənilməsinə şərait yaradacaq VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tədris və təlim prosesinin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Biz işəgötürənlərlə xüsusi əlaqələrin qurulmasına və onların bu prosesdə bilavasitə iştirakının təmin edilməsinə yönələn konkret addımlar atırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BDU-nun rektoru Elçin Babayev deyib.

O qeyd edib ki, ölkənin əsas xəbər agentliyi olan AZƏRTAC-ın universitetdə açılan auditoriyası burada təhsil alan tələbələrin, magistrantların, hətta doktorantların belə audiovizual sahəni, media və jurnalistika sahəsini daha dərindən mənimsəməsinə şərait yaradacaq.

“Təbii ki, bu proses həm müəllimlərin, həm də bu sahədə ixtisaslaşmış mütəxəssislərin birgə dəstəyi ilə həyata keçiriləcək və nəticədə məzunlarımız hər zaman Bakı Dövlət Universitetinin adını uca tutmağı bacaracaqlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığının qorunması və düzgün işlədilməsi məsələlərində bu sahənin mütəxəssislərinə böyük ehtiyac var. Düşünürük ki, bu cür auditoriyalarda günümüzün aktual mövzuları ətrafında müxtəlif seminarlar və tədbirlər keçirilə bilər”, - deyə rektor vurğulayıb.

E.Babayev, həmçinin bu ideyanın çox qısa müddət ərzində reallaşdırılmasına görə AZƏRTAC-a xüsusi təşəkkürünü bildirib.

Seçilən
43
1
azertag.az

2Mənbələr