AZ

Stiv Uittkoff bildirib ki, sülh danışıqlarında yalnız bir həll olunmamış məsələ qalıb

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Stiv Uittkoff bildirib ki, sülh danışıqlarında yalnız bir həll olunmamış məsələ qalıb

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uittkoff, yanvarın 22-si səhər saatlarında İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən "Ukrayna səhər yeməyi"ndə çıxış edərək, tərəflərin Ukraynadakı müharibənin dayandırılması barədə razılığa gəlməyə yaxın olduğunu bildirib. Oxuməni.az-ın məlumatına görə, bu barədə "Azadlıq Radiosu" xəbər verib.

Uittkoffun sözlərinə görə, yalnız bir həll olunmamış məsələ qalıb – görünür, bu, ərazilərin nəzarəti məsələsidir.

Xüsusi nümayəndə bu gün Moskvaya Vladimir Putinlə görüşə gedəcəyini təsdiqləyib. O qeyd edib ki, dünən axşam saatlarına qədər o və ABŞ nümayəndə heyətinin digər üzvləri Ukrayna nümayəndə heyəti ilə müzakirələr aparıblar. Müzakirə olunan məsələlər arasında Ukrayna iqtisadiyyatının bərpası da olub, bu zaman Uittkoff azad iqtisadi zona məsələsinə toxunub. Daha əvvəl Donetsk vilayəti ərazisində belə bir zona yaratmaq ideyası barədə məlumat verilmişdi, lakin kimin nəzarətində olacağı aydın deyildi. Rusiya vilayətin bütün ərazisinin öz nəzarətinə verilməsində təkid edir, hazırda isə ərazinin 70%-dən çoxuna nəzarət edir.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Ümerov bildirib ki, Ukrayna nümayəndələri Davosda ABŞ-ın ən böyük investisiya şirkəti “BlackRock”-un nümayəndələri, Norveç və Qətərın baş nazirləri, həmçinin ABŞ-ın danışıqçıları Cared Kuşner və Stiv Uittkoff ilə görüşlər keçiriblər.

Davosda bu gün ABŞ və Ukrayna prezidentlərinin görüşünun baş tutacağı barədə əvvəlcədən Donald Tramp çıxışında məlumat vermişdi. Ukrayna tərəfi bu günə qədər görüşü təsdiqləməmişdi. Lakin bu gün səhər saatlarında Ukrayna Prezidentinin Ofisindən Vladimir Zelenskinin foruma yolda olduğu təsdiqlənib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
oxumeni.az

2Mənbələr