Ermənistan hökuməti “Sülh Şurası”nın nizamnaməsini imzalayacağını təsdiqləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.
“Ermənistan Respublikası hökuməti “Beynəlxalq müqavilələr haqqında” Qanunun 7-ci maddəsinə əsasən, “Sülh Şurası”nın nizamnaməsinin imzalanması təklifini təsdiqləmək qərarına gəlir”, - qərarda deyilir.
Sənəddə, həmçinin, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılır.