AZ

Yuri Syomin: Qurban Qurbanovun işinə heyranam - AÇIQLAMA

Bakı, 22 yanvar, Cavid Əliyev, AZƏRTAC

Qurban Qurbanovun işinə heyranam.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında rusiyalı tanınmış mütəxəssis Yuri Syomin “Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.

O, Azərbaycan çempionunun nəticəsini böyük uğur adlandırıb: “Dünən oyunu izlədim. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə klub tarixi üçün mühüm məqamdır. Futbolçular əla mübarizə apardılar. Qurban Qurbanov isə “Qarabağ”ın uğurlarının əsas fiqurudur”.

Qeyd edək ki, Yuri Syomin 2013-2014-cü illərdə “Qəbələ” komandasının baş məşqçisi olub.

Seçilən
29
5
azertag.az

6Mənbələr