Bakı, 22 yanvar, AZƏRTAC
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) həqiqətən inqilabi bir layihədir ki, avqustun 8-dən əvvəl çox az adam onu mümkün hesab edirdi. Prezident Trampın səyləri sayəsində TRIPP, fikrimizcə, sülh sazişinin paraflanmasına mane olan sədlərin aradan qaldırılmasına kömək edən əsas amillərdən biri oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon deyib.
“Bu sənədin tarixi əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulamaq istərdim. Biz TRIPP-i Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı 30 ildən sonra ilk dəfə real şəkildə birləşdirən tam multimodal tranzit məkanı kimi təsəvvür edirik. Bu, həm beynəlxalq, həm də dövlətlərarası bağlantını təmin edəcək və həm bütövlükdə regionun, həm də hər iki ölkənin iqtisadiyyatı üçün çox böyük təsirə malik olacaq.
Biz inanırıq ki, TRIPP layihəsi regional bağlantıları, əsl mənada gücləndirmək potensialına malikdir. O cümlədən bu layihə Azərbaycanın region üçün mərkəzə çevrilmək niyyətinin reallaşdırılmasına kömək edəcək, eyni zamanda, Mərkəzi Asiya ilə Qərbi Avropa ölkələri arasında tranzitin inkişafına təkan verəcək”, - deyə Emi Karlon bildirib.
Müsahibənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.