Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.
“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, - deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.
“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta