Davos. Trend:
“Rəfah” nəzarət-buraxılış məntəqəsi gələn həftə hər ikiistiqamətdə hərəkət üçün açılacaq.
Trend-inməlumatına görə, bu barədə Qəzza sektorunun idarə olunması üzrəMilli Komitənin rəhbəri Əli Şaat Dünya İqtisadi Forumu çərçivəsindəbu gün Davosda keçirilən Sülh Şurasının Nizamnaməsinin (Board ofPeace Charter) imzalanma mərasimində iştirakçılara ünvanladığıvideomüraciətdə bildirib.
“Regionda sülhün təşviqi istiqamətində göstərdikləri intensivsəylərə görə Prezident Donald Trampa və onun administrasiyasınatəşəkkür etməklə başlamaq istərdim. Həmçinin vasitəçi qismindəçıxış edən Misir Prezidenti Əbdül Fəttah əs-Sissiyə, Qətərə vəTürkiyəyə, Fələstin Milli Administrasiyasına, eləcə də BMTTəhlükəsizlik Şurasının üzvlərinə hərtərəfli sülh planınaverdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu səylər Qəzzazolağının yeni gələcəyi üçün imkan yaradıb”, – deyə Şaatbildirib.
O vurğulayıb ki, hadisələrin sonrakı inkişafı həlledici önəmdaşıyacaq.
“Bu keçid dövrü yalnız Qəzza sakinlərinin gündəlik həyatındareal və nəzərəçarpan irəliləyişlərin təmin ediləcəyi təqdirdəuğurlu olacaq. Qəzza sektorunun idarə olunması üzrə Milli Komitəninrəhbəri kimi bu tarixi anı konkret addımlara çevirmək – asayişibərpa etmək, institutları dirçəltmək və ‘bir hakimiyyət, bir qanun,bir silah’ prinsipi əsasında Qəzza xalqı üçün imkanlara və ləyaqətəsöykənən gələcək qurmaq mənim məsuliyyətimdir. İlk addım olaraqməmnuniyyətlə elan edirəm ki, ‘Rəfah’ keçid məntəqəsi gələn həftəhər iki istiqamətdə açılacaq. Qəzzadakı fələstinlilər üçün ‘Rəfah’sadəcə bir qapı deyil, həyati əhəmiyyətli arteriya və imkanlarınrəmzidir. Onun açılması Qəzzanın artıq gələcəyə və dünyaya qapalıolmadığını göstərir. Qarşıdakı yol çətin qərarlar və mümkünuğursuzluqlarla müşayiət oluna bilər, lakin bu, yeni istiqamətimüəyyən edən real irəliləyiş addımıdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, 16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp“Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması barədə qərarqəbul etdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatıntəsisçi dövləti olmağa dəvət edib.
Azərbaycan bu dəvəti qəbul edib və “Sülh Şurası”nın təsisçidövləti olmaq niyyətini ABŞ tərəfinə çatdırıb. Bu barədə Trend-əAzərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.