AZ

Bakıda Brayl əlifbasında nəşr olunan 19 kitab təqdim olundu

Bu gün Bakıda Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrlərinin təqdimatı keçirilib.

"Yeni Sabah" xəbər verir ki, kitablar Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüs çərçivəsində nəşr edilib. BP bu gün qeyd olunan təşəbbüsün başa çatdığını elan edib.

Layihədə əsas məqsəd ölkə üzrə 40000-dən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqdır.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Ümumilikdə 1900 kitab nəşr olunub.Layihənin ümumi dəyəri 133000 manat (78235 ABŞ dolları) təşkil edib. 


Telegram kanalımız
Seçilən
64
1
yenisabah.az

2Mənbələr