AZ

Emil Quliyev İTV-də “Bölmə” açır - “Real cinayətlər əsasında...”

Rejissor Emil Quliyevin yeni layihəsi olan “Bölmə” serialı yaxın zamanda tamaşaçıların ixtiyarına veriləcək.

Bu barədə “Yeni Sabah”a rejissor özü məlumat verib.

Onun sözlərinə görıə, serial dram, detektiv və triller janrlarını özündə birləşdirir və real hadisələr əsasında çəkilib:

“Bölmə” serialı dram, detektiv, triller janrlarındadır, gələn ayın ortası efirə gedəcək. Serial real hadisələr əsasında çəkilib. 2 polis əməkdaşı uzun illərdir axtarışda olan narkobaronun izinə düşür. Onun adını bilirlər, lakin üzünü görən olmayıb. O, azyaşlı uşaqlardan narkokuryer kimi istifadə edir və onlarla çox amansız davranır. Bundan əlavə, polis əməkdaşlarının öz şəxsi həyatları, problemləri də ekranda əks olunur”.

Rejissor vurğulayıb ki, "Bölmə” 8 bölümdən ibarətdir. Hər bölümün müddəti 40-45 dəqiqə təşkil edir. 

Layihə yalnız İTV-də efirə gedəcək, daha sonra isə müxtəlif onlayn platformalarda nümayiş olunacaq.

Qeyd edək ki, Emil Quliyev bundan öncə “Əqrəb Mövsümü”, “Körpü”, “Tilov” kimi sevilən serialların müəllifi olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
46
yenisabah.az

1Mənbələr