AZ

“Barselona”nın hücumçusu Premyer Liqa yolunda

“Barselona”nın hücumçusu Ferran Torres yenidən Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, “Aston Villa” 24 yaşlı forvardın transferində maraqlıdır və Kataloniya klubuna 60 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildə “Mançester Siti”dən “Barselona”ya 55 milyon avroya keçib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. İspan futbolçu bu mövsüm 27 oyunda 15 qol vurub.

Seçilən
3
idmanxeber.az

1Mənbələr