AZ

Fiziklərdən YENİ KƏŞF – TƏFƏRRÜAT

Beynəlxalq fiziklər qrupu indiyədək nəzəri olaraq mümkün hesab edilməyən yeni kvant maddənin vəziyyətini aşkarlayıb. Kəşf CeRu₄Sn₆ (serium–rutenium–qalay) birləşməsində qeydə alınıb və Nature Physics jurnalında dərc olunub.

Bizim.Media xəbər verir ki, alimlər müəyyən ediblər ki, mütləq sıfıra yaxın temperaturda — yəni maddənin kvant kritikliyi vəziyyətində — topoloji elektron fazaları mövcud ola bilir. Halbuki indiyədək belə ekstremal şəraitdə topoloji effektlərin dağılacağı qəbul edilirdi.

Araşdırma zamanı material demək olar ki, sıfır dərəcəyə qədər soyudulub və üzərindən elektrik cərəyanı keçirilib. Nəticədə xarici maqnit sahəsi olmadan elektron axınının istiqamətinin dəyişməsi — anomaliyali Holl effekti müşahidə olunub. Bu isə elektronların hərəkətinin materialın daxili kvant quruluşu tərəfindən formalaşdığını və vəziyyətin topoloji xarakter daşıdığını sübut edir.
 

Tədqiqatçılardan biri, Rays Universitetinin fiziki Kimyao Si bildirib ki, bu nəticələr kvant fluktuasiyalarının topoloji vəziyyətləri məhv etmədiyini, əksinə, onların formalaşmasına və sabitləşməsinə kömək edə biləcəyini göstərir. Onun sözlərinə görə, ən güclü topoloji effekt məhz elektronların ən qeyri-sabit olduğu şəraitdə qeydə alınıb.


Mütəxəssislər hesab edirlər ki, bu kəşf təkcə fundamental elmi deyil, həm də praktiki texnologiyaları dəyişə bilər.

Kvant kritikliyi ilə topologiyanın birləşməsi yeni nəsil kvant materiallarının yaradılmasına, enerji itkisinin minimuma endirilməsinə, kvant hesablama sistemlərinin daha stabil işləməsinə, yüksək dəqiqlikli sensor və elektron cihazların hazırlanmasına şərait yarada bilər.

Hazırda alimlər bu kvant vəziyyətinin yalnız CeRu₄Sn₆ üçün xarakterik olub-olmadığını və ya digər materiallarda da yarana biləcəyini araşdırırlar. Bu isə kvant mexanikasında yeni universal mexanizmin mövcudluğunu üzə çıxara bilər.

Bizim.Media

Seçilən
32
20
bizim.media

10Mənbələr