AZ

Unibank sahibkarlar üçün yeni kampaniya keçirir

Bakı. Trend:

Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək, onlarınböyümə planlarına təkan vermək məqsədilə mikro kreditlər üzrə yenigüzəşt kampaniyası keçirir. Fevralın 28-dək davam edəcək kampaniya,sahibkarlara daha əlçatan və müxtəlif seçim imkanları verən sərfəlimaliyyə fürsətləri yaradır.

Kampaniya çərçivəsində sahibkarlar öz bizneslərininehtiyaclarına uyğun güzəşt variantını seçmək imkanı əldə edirlər.Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiyaxərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 %komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlərmövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikrokreditləri əhatə edir.

2026-cı ildə biznesini daha da böyütmək istəyən mikrosahibkarlar bu fürsətdən faydalana bilərlər.

Sahibkarlar “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”,“İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”,“Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”,“Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”,“Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciətedə bilərlər.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosialmedia hesablarından (www.facebook.com/unibank.az,https://www.instagram.com/unibank.az/)əldə etmək olar.

Unibank – Sənin Bankın!

Məqalədə:
Seçilən
71
9
az.trend.az

10Mənbələr