AZ

Şairə Fərqanə Qasımovanın qızına haqq qazandırdı

“Müsibətsiz e, qız şərtini kəsib. Düppədüz də deyib. Deməlidir ki, atam, anam hər şeyin əlasını edib. Sən də bu boyda zər-ziba ilə böyüdülmüş qızı aparıb zibil et”.

“Yeni Sabah” xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib.

O, sosial media hesabında paylaşım edərək Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyunda səsləndirdiyi fikirlərini dəstəkləyib:

“Sakit durub bir uşaq doğandan sonra xalxın başında turp əkməlidir?! Bütün qızlar belə olmalıdır. Özgüvən, vəssalam. Qoyaq başımıza çıxasız? Düz də deyir. Allah köməyi olsun. Belə qızlardan bilirsən ki, nə gözləmək lazımdır. Qorx o qızdan ki, özünü mələk kimi aparıb, saman altdan elə sular calayır ki, Xəzər yanında yalan olur. Allah bəxtini versin”.

Qeyd edək ki, Mövlanə toyunda “Gün ortası” verilişinə açıqlama verərək bildirmişdi:

“Bu günə kimi gözüm heç nədə qalmayıb, ailəm hər şeyimi yüksək səviyyədə təmin edib. Eyni rahatçılığı, gözəlliyi Fəriddən də tələb edirəm və arzulayıram. Ümid edirəm ki, o da mənə nəyi necə edim dedirtməyəcək”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
81
yenisabah.az

1Mənbələr