Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov jurnalistlərə məlumat verib. Görüşdən əvvəl Tramp Sky News müxbirinə Ukraynadakı müharibə ilə bağlı sülh razılaşmasının “daha yaxınlaşdığını” bildirib: “Bildiyiniz kimi, bu gün prezident (Zelenski – red.) və mən bu məsələni müzakirə edəcəyik. Bu gün və ya sabah Prezident Putinlə də görüşəcəyik. İnsanlar ora gedir və düşünürəm ki, razılaşmaya yaxınlaşırlar. Çoxlu insan ölür. Biz bunu etməliyik”, – Tramp deyib. Görüşün əsas mövzusu Ukraynadakı münaqişənin həlli və sülh prosesinin irəliləməsi olacaq.