“Barselona”nın yarımmüdafiəçisi Pedri zədələnib.
İdmanxeber.az xəbər verir ki, futbolçu sağ bud əzələsindən aldığı zədə səbəbindən təxminən bir ay meydanlardan kənarda qalacaq. Pedri zədəsini Çempionlar Liqasının 7-ci turunda “Slaviya” ilə səfər matçında (2:4) alıb.
Qeyd edək ki, o, bir müddət əvvəl də ciddi zəddə səbəbindən bir ay məşqlərdən uzaq qalmışdı.