AZ

Lənkəranda Qarabağ müharibəsi iştirakçısının meyiti tapıldı

Lənkəranda kişi meyiti tapılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
1
far.az

6Mənbələr