AZ

"Milan" "Real"da çıxış edən sabiq futbolçusunu yenidən heyətinə qatmaq istəyir

İtaliyanın "Milan" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən sabiq futbolçusu Braim Diası yenidən heyətinə cəlb etmək istəyir.

"Report" "Fichajes"ə istinadən xəbər verir ki, A Seriyası komandası yayda 26 yaşlı vingerin keçidi üçün danışıqlara başlamağa hazırdır.

"Milan" mərakeşli oyunçuya görə 50 milyon avro ödəmək istəyir. Lakin "Kral klubu" daha sərfəli variantları, 60 milyon aralığında təklifləri nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, Braim Dias cari mövsüm "Real"ın formasında 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2020-2023-cü illər aralığında icarə əsasında "Milan"da çıxış edib və komanda ilə bir dəfə İtaliya çempionu olub.

Seçilən
24
far.az

1Mənbələr