AZ

Azərbaycanlı FIFA referisi: "Qarabağ"ın futbolçusunun yıxıldığı epizodda penalti var idi"

"Qarabağ"ın futbolçusu Kamilo Duranın yıxıldığı epizodda penalti var idi.

Aznews.az xəbər verir ki, BunuFIFA referisi Fariz Yusifov deyib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutan "Qarabağ" - "Ayntraxt" (Almaniya) matçındakı hakim qüsurlarından danışıb:

"Əvvəla, "Qarabağ"ı və baş məşqçisi Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Qürurlu gecə yaşadıq. Komandanın hər bir üzvünə təşəkkür edirəm ki, Azərbaycan xalqına bu cür sevinc yaşatdılar. UEFA Çempionlar Liqası matçlarına hakim təyin edərkən maksimum diqqətli olur, oyunlara elit qrup hakimlər göndərilir. İsveçrədən olan hakimlər briqadası da onlardan idi. Düşünürəm ki, hakimlər beynəlxalq dərəcəli qarşılaşmalara təyinat alarkən öz ölkələrini təmsil edirlər və buna görə maksimum diqqətli olmağa çalışırlar. Oyunun gedişində qərarlardan haqlı narazılıqlar olsa da, hakimlər işlərinin öhdəsindən ümumilikdə pis gəlmədilər".

Mütəxəssis qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında yaranan rabitə probleminə toxunub:

"Çempionlar Liqası matçlarında bu cür problemlər yaşanmamalıdır. Matçın başlamasına 1 dəqiqə qalmış rabitəni yoxlamaq gec idi. Məncə, bu cür hallar görüşün başlamasına yarım saat, 1 saat qalmış yoxlanılmalıdır. Bizim vaxtımızda bu cür edirdik, qulaqcıqları əvvəlcədən yoxlanışdan keçirirdik".

F.Yusifov "Qarabağ"ın xeyrinə təyin olunmayan, lakin Ağdam təmsilçisinin qapısına verilən penalti epizodlarını da şərh verib:

Seçilən
25
1
aznews.az

2Mənbələr