AZ

Gəncədə veteranların binası YANDI

Ajans.az xəbər verir ki,hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki sözügedən ərazidə yerləşən Dəmiryolu veteranlarına məxsus binada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Qısa müddət ərzində alovun qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır./unikal

Seçilən
36
2
Ajans.az

3Mənbələr