AZ

Makron Fransa donanmasının Rusiyanın neft tankerini ələ keçirdiyini açıqlayıb

Fransa donanması sanskiyaya məruz qalmış Rusiyanın neft tankerini saxlayıb.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında bildirib.

Onun sözlərinə görə, saxlanılan neft tankeri saxta bayraq altında üzüb.

Makron əməliyyatın Aralıq dənizində müttəfiq ölkələrin köməyi ilə həyata keçirildiyini qeyd edib.

“Bu əməliyyat Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na ciddi şəkildə riayət etməklə həyata keçirilib. Hüquqi araşdırmalar başlayıb”, - Makron qeyd edib.

Fransa Prezidenti Rusiyanın “kölgə donanması”nın fəaliyyətinin Ukraynadakı müharibəni maliyyələşdirməyə kömək etdiyini vurğulayıb.

Seçilən
19
6
apa.az

7Mənbələr