AZ

Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ

Fransa Hərbi Dəniz Qüvvələri Murmanskdan (Rusiya) Aralıq dənizinin neytral sularında gedən neft tankerini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Fransa Dənizçilik Prefekturası məlumat yayıb.

Bildirilib ki, gəmi əlavə yoxlama üçün limana göndərilib.

Fransa Prezidenti Emmanuel Makron sosial mediada tankerin beynəlxalq sanksiyalara məruz qaldığını və saxta bayraqdan istifadə etməkdə şübhəli bilindiyini açıqlayıb.

Makron əməliyyatın açıq dənizdə bir neçə müttəfiqin köməyi ilə həyata keçirildiyini qeyd edib.

Seçilən
45
publika.az

1Mənbələr