AZ

Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş baş tutub

Bakı, 22 yanvar, AZƏRTAC

Boks üzrə Azərbaycan çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, 33 komandanın 166 idmançısının qatıldığı yarışın ilk günündə 24 döyüş baş tutub. 5 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adları məlum olub. Ötən yarışın mükafatçılarından Həsən Məlikov, Tural Sarıyev, Amin Məmmədzadə, Ruslan Rüstəmov, Məhəmmədəli Qasımzadə, Zaur Qəhrəmanov və Nəbi İsgəndərov ilk döyüşlərini xeyirlərinə bitiriblər. Həmçinin Tayfur Əliyevlə Ümid Rüstəmov da rəqiblərini məğlub ediblər.

Seçilən
10
2
azertag.az

3Mənbələr