AZ

Mövsümü erkən başa vurdu

Bubakar Kamara uzun müddət futbol oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa”nın yarımmüdafiəçisi dizindən aldığı ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.

26 yaşlı fransalı futbolçu İngiltərə kubokunun 3-cü mərhələsində “Tottenhem”lə matçın (2:1) əvvəlində sıradan çıxıb. İlkin müayinələr zamanı onun 2-3 həftəyə sıraya dönəcəyi ehtimal edilsə də, əlavə testlər bərpa prosesinin aylarla davam edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu, Kamaranın klubdakı ikinci ciddi zədəsidi. O, 2024-cü ilin fevralında dizinin çarpaz bağlarının qırılması səbəbindən 8 ay futbolsuz qalmışdı.

Seçilən
18
2
football-plus.az

5Mənbələr