AZ

Almaniya Rusiya səfirliyinin hərbi attaşesinin müavinini ölkədən ÇIXARDI

Ajans.az bu barədə "Spiegel" nəşrinə istinadən xəbər verir. Məlumatı ölkənin Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib. "Bu gün biz Rusiya səfirini çağırdıq və ona Rusiyanın xeyrinə casusluq edən həmin şəxsin ölkədən çıxarılması barədə məlumat verdik", - deyə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Spiegel"in məlumatına görə, hökumət bu addımı Moskvanın xeyrinə casusluqda şübhəli bilinən ukraynamənşəli yerli sakinin saxlanılmasından sonra atıb.

Seçilən
117
1
Ajans.az

2Mənbələr