ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda Volodimir Zelenski ilə görüşündən sonra rusiyalı həmkarı Vladimir Putinə mesaj göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ağ Ev rəhbəri Ukraynadakı hərbi münaqişənin bitməli olduğunu bildirib. O, həmçinin Zelenski ilə görüşün uğurlu olduğunu bildirib və əlavə edib ki, bütün tərəflər münaqişənin bitməsini istəyir.
Trampla görüşdən sonra Zelenski Ukrayna, Rusiya və ABŞ-ın BƏƏ-də üçtərəfli görüş keçirəcəyini açıqlayıb.