AZ

Gürcüstan mediası Azərbaycan Prezidentinin Davos görüşlərini diqqətdə saxlayır  

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdən informasiyalar yaymaqda davam edir.

AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “1tv.ge”, “qafqazturk.com”, “bpn.ge”, “radiotavisupleba.ge” portalları, “1.tv” televiziya kanalı və “radiotavisupleba” radiosu Azərbaycan Prezidentinin ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos və digər şəxslərlə görüşündən xəbərlər yayıblar.

Dərc olunan xəbərlərdə ABŞ Prezidentinin və Avropa İttifaqı komissarının Azərbaycanın regionda və dünyada artan nüfuzu, ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələr və sülh sazişi barədə fikirləri yer alıb.

Seçilən
20
2
azerbaijan-news.az

3Mənbələr