AZ

“Təhsil haqqında” qanun dəyişir -

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin əlavə təhsil istisna olmaqla, ödənişli əsaslarla aldıqları təhsilin haqqı bundan sonra dövlət tərəfindən ödəniləcək. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilib.Metbuat.az-ın məlumatına görə, qanunun 14.8-1-ci maddəsinə əsasən, bu kateqoriyadan olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli təhsil aldıqları müddətdə təhsil haqqını özləri ödəməyəcəklər. Bu vəsait dövlət büdcəsindən qarşılanacaq. Bəs kimlər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər sayılır?Sadə dildə desək, aşağıdakı şəxslər bu güzəştdən yararlana biləcəklər:
  • Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də şəhid ailələrinin üzvləri
  • Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu almış şəxslər
  • Əlilliyi olan şəxslər, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər
  • Vətən uğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş elan edilmiş şəxslərin övladları
  • Məcburi köçkünlər
  • Aylıq gəliri yaşayış minimumundan az olan və ağır əlilliyi olan valideyni olan 20 yaşına çatmamış şəxslər
  • Çernobıl qəzası ilə bağlı zərər çəkmiş valideynlərin uşaqları
  • İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan və 2025–2028-ci tədris illərində peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər
  • Nazirlər Kabinetinin 163 nömrəli qərarında isə qeyd olunur ki, əlavə təhsil (yenidənhazırlanma, ikinci ali təhsil, ixtisasartırma, yaşlıların təhsili və s.) yalnız ödənişlidir. Bu təhsil növlərinin xərcləri ya şəxsin özü, ya da çalışdığı təşkilat tərəfindən ödənilməlidir. Yəni sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil pulsuz deyil. Bununla bağlı qanunvericilikdə uyğunsuzluqlar olduğu üçün dəyişikliklər pulsuz təhsilin hansı hallara şamil edildiyini dəqiqləşdirmək məqsədi daşıyır.

    Sevinc İbrahimzadə / Metbuat.az

    Seçilən
    18
    metbuat.az

    1Mənbələr