AZ

Nikah müddəti bu halda dəyişdirilə bilər

Nikah bağlamaq istəyən şəxslər ərizə verdikdən sonra adətən 1 ay gözləməlidirlər. Bu qayda Ailə Məcəlləsində göstərilib. Amma bəzi hallarda bu müddət dəyişə bilər.Metbuat.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, əsaslı səbəblər olduqda nikah daha tez bağlana və ya ən çoxu 1 ay uzadıla bilər. Xüsusi hallarda, məsələn, hamiləlik və ya uşağın doğulması zamanı nikah ərizə verilən gün də rəsmiləşdirilə bilər. Qeyd edək ki, nikah rəsmi qeydiyyata alındığı gündən etibarən ər-arvadın hüquq və vəzifələri yaranır. Əgər qeydiyyat orqanı nikahı rəsmiləşdirməkdən imtina edərsə, həmin şəxslər şikayət vermək və məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
metbuat.az

1Mənbələr