AZ

Prezidentin şiddətli töhmət verdiyi sədrdən 753 min manatlıq satınalma

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili, eləcə də müxtəlif ölkələrin iştirakı ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alınması planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, sözügedən xidmətlərin satın alınması üzrə ehtimal olunan qiymət 753.623,43 AZN təşkil edir.

Qeyd edək ki, Agentliyin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev 2025-ci il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi. /32gun.az/

Seçilən
108
nocomment.az

1Mənbələr