Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyunu keçirib.
Msport.az xəbər verir ki, millimiz Danimarka yığması ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 27-ci dəqiqədə Nihad İsmayılov vurub.
Qeyd edək ki, Azərbaycan və Danimarka komandaları arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də saat 16:00-da keçiriləcək.