Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya banklardakı vəsaitləri istisna olmaqla, 595 min dollar nağd pula sahibdirlər.
"Yeni Sabah" Bizim.media-ya istinadən xəbər verir ki, bu məbləğ onların əmlak bəyannaməsində əksini tapıb.
Zelenski və həyat yoldaşı nağd puldan əlavə, Ukrayna və İsveçdəki müxtəlif banklarda vəsait saxlayırlar. Mediada yayılan məlumata görə, cütlüyün hesablarında 3.059.441 qrivna (70.723 dollar), 363.485 avro və 53.494 ABŞ dolları var.
Zelenskilər tərəfindən bəyan edilən vəsaitlərin ümumi məbləği 1 milyon ABŞ dollarını ötür.
Cütlük həmçinin “Breguet”, “Tag Heuer”, “Rolex”, “Piaget” və “Bovet” kimi brendlərin lüks saatlarına, zərgərlik məmulatlarına və iki avtomobilə (“Land Rover” və “Mercedes-Benz”) sahibdir.
Telegram kanalımız