Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi gəmisinin batması işi üzrə 2-ci Qərb Dairəsi Hərbi Məhkəməsinin qiyabi hökmündə məlumat verilib. Qeyd olunub ki, kreyserin 20 heyət üzvü partlayış, yanğın və tüstüdən həlak olub, 24 heyət üzvü müxtəlif dərəcəli xəsarətlər alıb, səkkiz nəfər isə itkin düşüb.
Qeyd edək ki, Rusiyanın Qara Dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" kreyseri 2022-ci ilin aprelində vurulub. O zaman kreyserin Ukrayna tərəfindən "Neptun" raketi ilə vurulduğu bildirilmişdi. Lakin rəsmi Moskva kreyserin vurulmadığını, baş verən yanğından sonra sursat partlaması nəticəsində ciddi zədələndiyini, ekipajın təxliyyə edildiyini açıqlamışdı.